ABŞ-Azərbaycan münasibətlərində yeni səhifə açılır -TƏHLIL
14:25 26.11.2024
Siyasət
546
Beynəlxalq münasibətlərdə gərginliyin aradan qaldırılması istiqamətində Tramp müəyyən addımlar atıb
Prezident İlham Əliyev noyabrın 25-də Amerika Birləşmiş Ştatlarının rəhbəri Donald Trampa zəng edib. Telefon danışığı əsnasında dövlətimizin başçısı Donald Trampı Amerika Birləşmiş Ştatlarının Prezidenti vəzifəsinə yenidən seçilməsi münasibətilə təbrik edib. Azərbaycan Prezidenti qeyd edib ki, seçkilərdə inamlı qələbə Amerika xalqının onun yürütdüyü siyasi xəttə böyük dəstək və etimadın aşkar ifadəsidir. Dövlət başçısı vurğulayıb ki, Prezident Donald Trampın fəaliyyəti dünyada təhlükəsizliyin təmin olunmasında daha da önəmli rol oynayacaq. Birinci prezidentlik dövründə Azərbaycan ilə Birləşmiş Ştatlar arasında dostluq və əməkdaşlığın möhkəmlənməsinə Donald Trampın xüsusi diqqət ayırdığını deyən dövlətimizin başçısı ikitərəfli əlaqələrimizin irəli aparılması üçün birgə səylər göstəriləcəyinə ümidvarlığını bildirib. Prezident Donald Tramp öz növbəsində səmimi təbriklərə görə dövlət başçısı İlham Əliyevə dərin təşəkkürünü bildirib. Donald Tramp ölkələrimiz arasında əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə birgə səylərlə çalışmağın vacibliyini bildirib.
Millət vəkili Hikmət Babaoğlu "Sherg.az"a açıqlamasında deyib ki, Azərbaycan Prezidentinin Amerika Birləşmiş Ştatlarının yeni seçilmiş Prezidenti Donald Trampla telefon danışığında bir sıra məsələlərə xüsusi diqqət çəkməsi regional və beynəlxalq münasibətlər baxımından mühüm əhəmiyyət kəsb edir. Deputat vurğulayıb ki, Prezidentin hər şeydən öncə ABŞ-də böyük səs çoxluğu ilə Donald Trampın yenidən prezident seçilməyini vurğulaması ayrıca bir məsələdir:
"Amerika demokratiyası nümayəndəli demokratiya olduğu üçün bəzi hallarda səs çoxluğunu özündə əks etdirmir. Yəni daha az səs ala bilən namizəd məhz nümayəndə kollegiyalarının səsi ilə prezident seçilə bilər. Ancaq bu dəfə keçirilən prezident seçkilərində həm səs çoxluğu, həm də nümayəndə kollegiyalarının səsi ilə ABŞ-nin yeni prezidenti seçildi. Bu, mühüm demokratik hadisə kimi yadda qaldı. Digər məsələ Azərbaycan Prezidentinin toxunduğu beynəlxalq münasibətlərin hazırda mövcud vəziyyəti ilə əlaqədardır. ABŞ rəhbəri ilə telefon danışığı zamanı dövlət başçısı qeyd etdi ki, Trampın prezident seçilməsi beynəlxalq münasibətlər sistemində sülhün bərqərar olunmasına gətirib çıxara bilər. Doğrudan da, hazırda beynəlxalq münasibətlərdə çox gərgin mərhələdən keçməkdəyik və Amerika Birləşmiş Ştatları kimi mühüm bir dövlətin davranışları çox böyük əhəmiyyət kəsb edir. Donald Trampın bundan əvvəlki prezidentliyi dövründə alınan qərarlara diqqət etsək, görəcəyik ki, beynəlxalq münasibətlərdə gərginliyin aradan qaldırılması istiqamətində Tramp müəyyən addımlar atıb. Bu da öz nəticələrini verib. Prezidentin ifadə etdiyi fikirlərdə gözləntinin bundan ibarət olduğuna dair xüsusi vurğu var idi".
Parlament üzvü qeyd edib ki, mühüm məqamlardan biri Azərbaycan Prezidentinin ABŞ-Azərbaycan münasibətlərinə diqqət çəkməsi və Trampın prezidentliyi dövründə bu münasibətlərdə yeni səhifə açıldığını vurğulamasıdır:
"Donald Trampın dövründə Azərbaycanla əməkdaşlığın yeni mərhələsinə qədəm qoyuldu. Hazırkı şərtlər daxilində hər iki ölkənin münasibətləri istiləşmə istiqamətindədir. Trampın hakimiyyəti dövründə ABŞ-Azərbaycan münasibətləri inkişaf üçün yeni perspektivlər əldə edib".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kreml: Putin və Tramp noyabrda Çində görüşə bilərlər
15:59 02.09.2026
Dünya
Həkimlərin maaşlarının artırılması yaxşı haldır - Adil Qeybulla
15:57 02.09.2026
Sosial
Ərdoğandan Yunanıstana sərt mesaj: “Bu yanlış yoldan dönməlidir”
15:25 02.09.2026
Gündəm
Nazirliklə "Veysəloğlu" arasında memorandum imzalanacaq
14:28 02.09.2026
Ölkə
DİN: Dövlət qurumlarının adından edilən zənglərə aldanmayın!
14:06 02.09.2026
Aktual
Prezident İlham Əliyev Çin Baş prokurorunu qəbul edib
14:03 02.09.2026
Gündəm
ABŞ-ın İrana son hücumunda SEPAH-ın 4 əməkdaşı ölüb
13:07 02.09.2026
Gündəm
Şimali Kipr sahillərində batan gəminin qalıqları tapılıb
12:58 02.09.2026
Hadisə
Türkiyə aviaşirkətləri Moskvaya uçuşları ləğv edir
12:38 02.09.2026
Hadisə
Yasamalda skuterdən yıxılan 57 yaşlı kişi ölüb
12:35 02.09.2026
Hadisə
Cinayətdə şübhəli bilinən 46 nəfər saxlanıldı
11:43 02.09.2026
Hadisə