ABŞ-ın Stenford universiteti tibb məktəbinin bir qrup alimi tərəfindən aparılan araşrımalara görə, insan bədəninin normal temperaturu 37 ° C ola bilməz. Geniş bir araşdırmaya görə, sənayeləşmiş ölkələrdə insan bədəninin orta temperaturu 19-cu əsrdən bəri aşağı düşüb. Bu mənada alimlər hesab edirlər ki, insan bədəninin normal istiliyi artıq 37 ° C ola bilməz.
“Sherg.az” “sciencesetavenir.fr”ə istinaədn xəbər verir ki, alimlər araşdılrmlarına dair yazılarınbı “eLife” jurnalında dərc ediblər. Alimlər bu gün klassik bir bədən istiliyinin 36.5 ° C ətrafında olacağını düşünürlər.
Bu nəticəyə gəlmək üçün, elm adamları 1862 – 2017-ci illər arasında ABŞ-ın sakinləri üzərində 600 mindən çox istilik ölçmələrini araşdırıblar. Araşdırma 1860-1940, 1971-1975, 2007 – 2017-ci illəri arasındadır. Tədqiqata görə, on il ərzində bədən istiliyi 0.03 ° C azalıb. Bu fenomeni başa düşmək üçün elm adamları insan bədənindəki reaksiyalara baxıblar.
Bədənin maddələr mübadiləsinə təsir edən bir çox amil olsa da, populyasiyada iltihabın səviyyəsinin dəyişməsi zamanla temperaturun düşməsinin ən doğru izahı kimi qiymətləndirilir.