
Parlamentari: COP29 qlobal Şimal və qlobal Cənub arasında körpü rolunu oynadı
14:53 26.11.2024
COP29
2355
“Azərbaycan Respublikası daha bir uğura imza atdı və bu naliyyət mahiyyət etibarilə qlobal məzmun kəsb edir”.
Bu fikirləri “Sherg.az”a açıqlamasında millət vəkili Elman Nəsirov söyləyib.
O, bildirib ki, Azərbaycanın paytaxtı Bakıda dünyanın ən nəhəng beynəlxalq tədbiri baş tutdu:

“Sözügedən tədbirdə dünya üçün bir nömrəli təhdid mənbəyi olan iqlim dəyişikliyi ilə bağlı problemlərin həlli istiqamətində çox ciddi addımlar atıldı. Əvvəllər dünya üçün təhdid mənbəyi terror hadisələri olduğu halda hazırda onun yerini ekoloji problemlərin yaratdığı məsələlər alıb. CO29-da Azərbaycanda 80 ölkə prezident, vitse-prezident, Baş naziri və digər rəsmilər qismində təmsil olunurdu. Son 2 gün ərzində taleyüklü qərarlar qəbul olundu və iqlim dəyişiklikləri ilə bağlı məsələlərin həlli üçün 300 milyard dollar vəsaitin ayrılması haqqında tarixi razılaşma imzalandı. 2035-ci ilə qədər həmin məbləğin 1,3 trilyon dollara qaldırılması nəzərdə tutulur”.
Deputat vurğulayıb ki, indiyə qədər heç bir COP tədbiri bu qədər siyasiləşməmişdi və Azərbaycana edilən qədər heç bir ölkəyə belə təzyiq olunmamışdı:
“Müxtəlif istiqamətlərdən kordinasiya olunmuş şəkildə ölkəmizə qarşı təzyiq, təhdid, boykot kampaniyası həyata keçirilirdi. Avropa İttifaqı (Aİ) həmin proseslərin önündə gedirdi. Avropa Birliyi Amerika Birləşmiş Ştatlarının erməni lobbisi ilə birgə Azərbaycan əleyhinə yalan dolu fikirlər səsləndirirdilər. COP29-un əsas problemlərini qırağa atıb əllərində lupa ilə Azərbaycanda demokratiya axtarışına çıxmışdılar. Lakin bütün dünya şahidlik etdi ki, Azərbaycan demokratik inkişaf yolunu tutub. Xarici jurnalistlər gördü ki, istənilən məmura yaxınlaşaraq istədikləri bütün suallara cavab tapa bilərlər. Nəticə etibarilə Qərb dairələrinin Azərbaycan əleyhinə qarayaxma kampaniyası fiaskoya uğradı və qələbə Azərbaycanın oldu. COP29 çərçivəsində Prezident İlham Əliyev kiçik ada dövlətlərinin problemlərinin həlli məsələsini gündəmə gətirdi. Çünki Fransa və Niderlandın ada dövlətlərinə qarşı apardığı siyasət qəbuledilməzdir. COP29 qlobal Şimal və qlobal Cənub arasında körpü rolunu oynadı”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ceyhun Bayramov Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
19:42 27.10.2026
Siyasət
Ərdoğan və Baxçalı Külliyedə görüşdü
18:58 27.10.2026
Dünya
Qətnamələr güclülərin maraqlarına uyğun gələndə icra olunur - ŞƏRH
18:33 27.10.2026
Gündəm
Putin: Bir sıra beynəlxalq idman təşkilatları əməkdaşlığı dağıdır
18:14 27.10.2026
Dünya
Putin Azərbaycanı Rusiya üçün yaxşı tərəfdaş adlandırıb
18:10 27.10.2026
Gündəm
İnternetin qiyməti yenə qalxır?
18:07 27.10.2026
Aktual
Hörmüz boğazından keçən neft tankeri minaya düşüb
17:51 27.10.2026
Hadisə
Dövriyyədə olan nağd pulun həcmi 12 faizə yaxın artıb
17:09 27.10.2026
İqtisadiyyat
Türkiyə NATO-ya güzəştə getmədi - Montrö qərarının pərdəarxası
17:05 27.10.2026
Region
Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
16:58 27.10.2026
Gündəm
Pəhləvi: Plan hazırdır, İran rejimini devirmək üçün fürsət yaranıb
16:46 27.10.2026
Gündəm