Bəzi beynəlxalq idman təşkilatları humanitar sahədə əməkdaşlığı pozur.
Sherg.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Qaz İxracatçısı Ölkələr Forumunun sammitində çıxışı zamanı bildirib.
Putin daha əvvəl Rusiyanın nüfuzlu mükafatların təqdim olunduğu böyük beynəlxalq idman yarışlarını təşkil etməyə hazır olduğunu qeyd edib. O, beynəlxalq idman təşkilatlarının siyasətə daha çox diqqət ayırmağa başladığını və Olimpiya prinsiplərindən uzaqlaşdığını vurğulayıb.
Rusiya liderinin fikrincə, Qərb rəsmilərinin idmanı həddindən artıq siyasiləşdirməsi beynəlxalq idmanın tənəzzülünə səbəb olur. Putin hesab edir ki, idman beynəlxalq ünsiyyətin ən yaxşı vasitələrindən biri kimi həmişə ən demokratik sahə olaraq qalmalıdır.