Gürcüstandan Rusiyaya gedən Yuxarı Lars yolu bütün növ avtomobillər üçün bağlanıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Federal Gömrük Xidməti öz teleqram kanalında məlumat yayıb.
Bildirilib ki, buna səbəb pisləşən hava şəraitinin olmasıdır.
Qeyd edək ki, Yuxarı Lars yolu Rusiya Federasiyası ilə Gürcüstanı birləşdirən yeganə quru yoludur.