Separatçıların İrəvandakı ofisi və Şahramanyan barəsində son qərar verildi

Ləğv edilmiş separatçı rejimin sonuncu rəhbəri Samvel Şahramanyan həbs ediləcək.

Teleqraf xəbər verir ki, bu barədə “Joqovurd” məlumat yayıb.

Nəşr yazıb ki, separatçı bu gün növbəti dəfə Ermənistan İstintaq Komitəsində dindiriləcək:

“Samvel Şahramanyanın 44 günlük müharibə ilə əlaqədar açılmış cinayət işi üzrə dindiriləcəyi bildirilib. O, bu cinayət işi ilə əlaqədar dəfələrlə dindirilib, amma bu dəfə Şahramanyana qarşı konkret ittihamın irəli sürüləcəyi istisna edilmir və üstəlik, onun həbs olunması üçün məhkəməyə qətimkan tədbiri seçilməsi barədə vəsatət təqdim olunacaq”.

Nəşr əlavə edib ki, separatçıların İrəvandakı ofisi də tezliklə bağlanacaq.