Gədəbəydə 65 yaşlı kişi qayadan yıxılaraq ölüb

Gədəbəydə bədbəxt hadisə baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Söyüdlü kəndində qeydə alınıb. Kənd sakini 65 yaşlı M.Həsənov kənd ərazisindən qayadan yıxılaraq ölüb.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.