ABŞ-nin Venesuelada quru əməliyyatları aparmaqla bağlı planları mövcud beynəlxalq güc balansı çərçivəsində razılığa gəlmək ümidlərini zəiflədir.
AAP xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
Onun sözlərinə görə, bu cür addımlar beynəlxalq arenada razılaşma imkanlarını ciddi şəkildə sual altına alır.
Lavrov Moskvanın ABŞ Hərbi Dəniz Qüvvələrinin Karib dənizindəki fəaliyyəti və Pentaqonun quru əməliyyatlarına başlamaq niyyəti ilə bağlı açıqlamalarından narahat olduğunu da vurğulayıb.
Bununla yanaşı, Rusiya XİN rəhbəri qeyd edib ki, Vaşinqton dialoqa açıq olduğunu nümayiş etdirməkdə davam edir.