Sudanda baytarlar bəslənməmiş aslanları zooparkdan xilas etməyə çalışırlar
“Sherg.az” “sciencesetavenir.fr”ə istinadən xəbər verir ki, bəslənməmiş bir aslan, 23 yanvar 2020-ci ildə Sudanın paytaxtı Xartumdakı Əl-Qureşi zooparkında baxımsız vəziyyətdə qalıb.
Sudanlı baytar həkimlər, qəfəsdəki bir maralın ölümündən sonra Xartumdakı zooloji parkdan qidalanmadan əziyyət çəkən dörd aslanı müalicə ediblər.
Əl-Qureşi Parkındakı bu “əsir” aslanlar həftələrdir qida və dərman çatışmazlığından əziyyət çəkir və nəticədə onları xilas etmək üçün onlayn kampaniya başlanıb.
Kampaniyanın başlamasından sonra venadaxili müalicəyə baxmayaraq, bir şir bazar ertəsi günü ölüb. Baytar cümə axşamı digər dörd aslana dərman verib və heyvanları tibbi müayinədən keçirib, könüllülər heyvanların qəfəsini təmizləyib.
Onlayn kampaniyaya başlamış mühəndis Osman Saleh qeyd edib ki, bu aslanlar uzun müddətdir, əziyyət çəkirlər. Digər bir aslan da xəstədir, amma vəziyyəti getdikcə yaxşılaşır. O.Saleh, beynəlxalq heyvan hüquqları qrupuna çağırış edərək, şirlərin xilas edilməsi üçün köməklik göstərmələrini xahiş edib.
Xartum bələdiyyəsi tərəfindən idarə olunan, lakin qismən özəl donorlar tərəfindən maliyyələşdirilən park rəsmilərinin sözlərinə görə, şirlərin səhhəti son həftələrdə pisləşib və bəziləri çəkilərinin üçdə ikisini itirib.