İki uşaq atasının köməyə ehtiyacı var: “Belim qırılıb, yataq xəstəsiyəm, yaralarım ...” -Təsirli fotolar 

 
Yardımlı Rayon Şıxhüseynli kənd sakini 32 yaşlı  Qaraşov İlkin Xanbaba oğlunun köməyə ehtiyacı var. 

Bu barədə “Sherg.az”a vətəndaşımızın özü müraciət edib. Fəhləlik edərək övladlarını, ailəsini dolandırdığını deyən İ.Qaraşov 2017-ci ildə torpaq uçqunu altında qalıb və hadisə nəticəsində beli sınıb:

“Ayaqlarım qurşağdan aşağa işləmir Çox özəl xəstəxanalarda müalicə almışam xəstəliyimə görə Qaradağ Rayon Lökbatan qəsəbəsində kirayə qalıram.
 İndi imkanım yoxdur. Müalicələrimi davam etdirə bilmirəm.

Yataq yaralarım çoxdur. Kiraya haqqında verə bilmirəm. Ailəliyəm 2 azyaşlı övladım var. 
Övladlarımı da məktəbə göndərə bilmirəm. Vəziyətim olduqca ağırdır, dözülməzdir. İmkanı çatan hər kəsdən xahiş edirəm mənə kömək edin. 

Millət vəkillərimizdən, iş adamlarımızdam, yüksək vəzifə sahiblərindən, sadə vətəndaşlardan kömək istəyirəm. Xahiş edirəm mənə yardım əli uzadın!  

Yardım etmək istəyənlər üçün əlaqə nömrəsi və bank hesabı