Prezident İlham Əliyevin koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması, xalqımızın sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması ilə bağlı atdığı qətiyyətli addımlar vətəndaşlarımız tərəfindən böyük razılıqla qarşılanır. Bu istiqamətdə atdığı qətiyyətli addımlara, xalqımıza göstərdiyi diqqət və qayğıya görə respublikamızın müxtəlif bölgələrindən ölkə başçısına çoxsaylı təşəkkür məktubları gəlir.
Xızı rayonunun sakini Şükufə Talıbovanın Prezidentə məktubunda deyilir:
“Möhtərəm cənab Prezident, Xızı rayonunun Baxışlı kəndində 52 il kitabxanaçı kimi çalışmış ağbirçək ana kimi Sizi və Mehriban xanımı Ramazan ayının başlanması münasibətilə ailəmizin və kəndimizin sakinləri adından təbrik edirəm. Dünyanı cənginə alan, həmçinin ölkəmizə də təsir göstərən gözəgörünməz düşmənin məhv edilməsi üçün yorulmadan, müdrikcəsinə atdığınız addımlara, xalqımızın sağlamlığının qorunması, rifahının yüksəldilməsi üçün göstərdiyiniz şücaətə heyranıq. İnanırıq ki, Sizin rəhbərliyiniz, Mehriban xanımın yaxından köməyi ilə bu düşmənə də qalib gələcəyik. Cənab Prezident, həqiqətən, biz birlikdə güclüyük!”.