İran xarici işlər nazirinin müavini Məcid Təxt-Rəvançi ABŞ-la gələcək ikitərəfli danışıqlar üçün zəmin hazırlamaq məqsədilə Osloya səfər edib.
Axar.az xəbər verir ki, bu barədə “Farhikhtegan” qəzeti mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, Norveç Tehran və Vaşinqton arasında gələcək birbaşa dialoqun təməlini hazırlamaq üçün belə bir təşəbbüslə çıxış edib.