Nazirliyə sərt İTTİHAM: “Müraciətlərin dayandırılması anlaşılmazdır !" 


“Nazirlik  birdəfəlik ödəmə ilə bağlı onlayn müraciət imkanının hələ uzun müddət aktiv olacağını elan etməliydi”


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də deyəsən məhdudiyyətləri bu gündən "yumşaltmağa" başlayır".
Bu sözləri "Sherg.az"a Azərbaycan İnternet Formunun prezidenti Osman Gündüz deyib.

Onun sözlərinə görə, nazirlik 190 manat birdəfəlik ödəmə ilə bağlı onlayn müraciət xidmətini elə birdəfəlik də bağlayıb. Qurum bununla bağlı müraciətlərin qəbulunun başa çatdığını bildirib:



"Anlaşılmazdır. Ümumiyyətlə bu qurumda son zamanlar qərarların qəbulunda nəsə yanlışa yol verildiyi müşahidə olunur. Xüsusən e-xidmətlərin keyfiyyəti və əlçatımlıqla bağlı , inteqrasiya ilə bağlı doğru yanaşmalar tətbiq olunmur. Məntiqlə əksinə olmalıydı, ölkədə pandemiya ilə əlaqəli məhdudiyyətlər yenicə yumşalmağa başlayıb.  Yəni bununla da, Prezidentin birdəfəlik ödəmə ilə bağlı sayını 3 dəfə artırdığı təbəqənin,  onların yaxınlarının müraciət imkanı  daha da asanlaşıb.

Belə olan halda nazirliyin onlayn müraciəti dərhal  qapatması doğru bir yanaşma deyil. Fikrimcə, Prezidentin atdığı addımdan sonra hökumətin yanaşması tam fərqli olmalıydı. Yəni Nazirlik  birdəfəlik ödəmə ilə bağlı onlayn müraciət imkanının hələ uzun müddət aktiv olacağını elan etməliydi. Əgər müraciətlər çoxdursa və emal olunması problemlər yaradırsa onda , Nazirliyin problemin həlli üçün əlavə imkanlar axtarması, ciddi səylər göstərməsi, kömək üçün hökumətə, aidiyyəti qurumlara müraciət etməsi daha doğru olardı, nəinki müraciət imkanını qapatmaq. Ümid edirəm əlaqədar qurumlar və cavabdeh şəxslər bunhu nəzərə alacaq".