Prezident İlham Əliyevin koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması, xalqımızın sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması ilə bağlı atdığı qətiyyətli addımlar vətəndaşlarımız tərəfindən böyük razılıqla qarşılanır. Bu istiqamətdə atdığı qətiyyətli addımlara, xalqımıza göstərdiyi diqqət və qayğıya görə respublikamızın müxtəlif bölgələrindən ölkə başçısına çoxsaylı təşəkkür məktubları gəlir.
Şəki rayonu Orta Zəyzid kəndinin 7-ci sinif şagirdi Nurlan Qədirlinin ölkə başçısına məktubunda deyilir:
“Hörmətli cənab Prezident, karantin müddətində insanlara göstərdiyiniz qayğıya, həkimlərə ayırdığınız diqqətə görə Sizə ailəmiz adından minnətdarlığımızı bildirir, uzun ömür, cansağlığı arzulayırıq. Sizin həkimlərlə görüşünüzdə onları ayaq üstə alqışlamağınız mənim heç vaxt yadımdan çıxmayacaq. Çünki mənim əmim də həkimdir. İnşallah, bu virus ötüb keçər və hər şey öz axarına qayıdar”.