"Koronavirusa yoluxma sayı ilə bağlı qeydə alınan müsbət dəyişikliklər son vaxtlar insanların karantin qaydalarına riayət etməsi ilə bağlıdır".
Bu sözləri "Sherg.az"a sosioloq Elçin Bayramlı deyib.
Sosioloq hesab edir ki, Operativ Qərargah vaxtında karantin qaydalarını yumşaldıb, vətəndaşların rayonlara gediş- gəlişinə şərait yaratsaydı, bugünkü dinamika daha ürəkaçan olardı. Onun sözlərinə görə, müvafiq qurum Bakıya giriş- çıxışı məhdudlaşdırıb, 5 milyon adamı burada saxlamaqla pandemiyanın azalmasını ləngitdi:
"Ucqar kənddə təmiz havada olan bir insanın yoluxma şansı, Bakıdakı sıxlıqda yoluxma şansından 100 dəfə azdır".
Sağalanların sayının artmasına gəldikdə isə sosioloq deyib ki, bu əvvəldən minlərlə yoluxmanın yığılması ilə bağlıdır ki, onların da içində təbii olaraq müəyyən müddət keçdikcə sağalmalar olmalıdır:
"Virusun öldürücülük səviyyəsi 1-2 faiz arasındadır, demək hər 100 yoluxmadan azı 98-i müyyən müddət keçdikdən sonra sağalmalıdır. Hesab edirəm ki, ölkədaxili hərəkətə qadağa götürülməli, vətəndaşların qaydalara riayət etməsinə nəzarət artırılmalı, qapalı və sıx toplanma yerləri olan obyektlər istisna olmaqla iş yerləri açılmalı, bütün işsiz qalanlara sosial yardım ödənilməlidir".
Koronavirusun artıq mutasiyaya uğraması ilə bağlı iddialara gəldikdə isə E. Bayramlı deyib ki, virus mutasiya etdikcə heç də zəifləmir, əksinə güclənir