Layihə ! - Məqsəd regionlarda aztəminatlı ailələrə dəstək olmaqdır

Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyi (SSTAA İB) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə  “Regionlarda aztəminatlı ailələrə   birdəfəlik ərzaq yardımının təşkili” barədə məlumatlandırma işlərinin aparılması”layihəsini həyata keçirib.

SSTAA İB –nin Mətbuat Xidmətindən "Sherg.az"a verilən məlumata görə, layihənin keçirilməsində əsas  məqsəd regionlarda aztəminatlı ailələrə maddi dəstək olaraq ərzaq yardımı təmin etməkdir:

" COVİD-19 pandemiyasının yaratdığı mənfi təsirlər həm də vətəndaşların maddi imkanlarının məhdudlaşmasında rol oynamışdır.Bir sıra QHT-lərə bu dövrdə həyata keçirdiyi layıhələrdə vətəndaşlarımıza birbaşa yardımlar olunması tövsiyyə olununub.

Layihə İmişli rayonunun Kürdmahmudlu, Hacalmuradlı, Soltanmuradlı, Hacırüstəmli və Mürsəlli kəndlərini əhatə edib. Nəzərdə tutulan bölgədə ümumilikdə 102 aztəminatlı ailəyə birdəfəlik ərzaq yardımı edilib. Ailələr öncədən müvafiq kəndlərdə təşkilatın könüllüləri tərəfindən seçilib.

Seçim zamanı Qarabağ müharibəsində şəhidi olan,müharibə zamanı əllilik almış ailələrə üstünlük verilib. Eyni zamanda tənha yaşayan və işsiz olan çoxuşaqlı ailələr ərzaq yardımı ilə təmin olunub".