PA rəsmisi: "Veteran, şəhid ailələri adından istifadə edənlərə qarşı mübarizə aparmalıyıq"

“Veteranlarla bağlı işləri daha da gücləndirməyə ehtiyac var. Təqribən, ölkədə 100-ə yaxın veteranlar təşkilatı fəaliyyət göstərir”.

“Report”un xəbərinə görə, bu fikirləri Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyin Müşahidə Şurasının sədr müavini, Prezident Administrasiyasının məsul əməkdaşı Vüsal Quliyev Bakı Konqres Mərkəzində “Nəsillərin görüşü” adlı konfransda deyib.

Onun sözlərinə görə, veteran, şəhid ailələri ilə bağlı təşkilatlardan sui-istifadə edən şəxslərin olması təəssüf doğurur: “Biz bununla mübarizə aparmalı və həmin təşkilatlarda fəaliyyətimizi gücləndirməliyik”.