Futbol üzrə üçqat dünya çempionu Pele xəstəxanadan evə buraxılıb. O, yoğun bağırsaqda şişin çıxarılması əməliyyatından 10 gün sonra reanimasiya şöbəsindən çıxsa da, sonradan “profilaktik tədbir” olaraq yenidən xəstəxanaya yerləşdirilmişdi.
“Evə qayıtdığım üçün çox xoşbəxtəm. Albert Eynşteyn xəstəxanasında çox mehriban qarşılama təmin edən bütün komandaya təşəkkür etmək istəyirəm. Uzaqda olmalarına baxmayaraq həyatımı çoxlu sevgi mesajları ilə bürüyən hər birinizə minnətdaram”, - deyə Pele “Facebook”da yazıb.
Həkimlərin sözlərinə görə, əfsanəvi futbolçu kimyaterapiyanı davam edəcək.