İki rayon və bir şəhərə yeni prokuror təyin olundu

Azərbaycanda prokuror vəzifələrinə yeni təyinatlar olub. 
"Sherg.az"ın sorğusuna cavab olaraq Baş Prokurorluqdan bildirilib ki, Baş prokuror Kamran Əliyevin müvafiq əmrləri ilə Rahim Səfəralıyev Xızı Rayonuna, Kamal Talıbov Şirvan Şəhərinə, Fuad Məmmədov isə Binəqədi Rayonuna prokuror vəzifəsinə təyin olunub.