“Teleşirkətlərlə reytinq agentlikləri arasında narazılıqlar yaranır”
Azərbaycan televiziyalarının Yutub kanalı üçün 2021 oktyabr ayı üzrə statistikası açıqlanıb. “Sherg.az” “FeedSpy”ə istinadən siyahını təqdim edir.
“1.Azad Azərbaycan TV – 15 205 958
2.Xəzər TV – 12 973 914
3.Baku TV – 11 487 914
4.ARB TV – 5 827 448
5.İctimai TV – 5 435 563
6.AZTV – 3 609 598
7.REAL TV – 383 508
8.ARB 24 – 266 049
9.Space TV – 173 482”.
Baxış reytinqi ilə bağlı “Sherg.az”a danışan media eksperti Zeynal Məmmədli “Sherg.az”a bildirib ki, bu məsələyə birmənalı cavab vermək mümkün deyil:
“Məncə, TV ilə reytinqölçən qurum arasındakı bağlaşma ilə Yutubdakı göstəricilər, reklamverənlər fərqlidir. Üstəlik, Yutubda hər hansı proqramın özündən çox, reklam çarxına, anonsuna baxılır. Azərbaycan reallığında internetin çatımlılıq və sürəti teleproqramları internetdə izləməyə, xüsusilə də bölgələr üçün çox da uyğun deyil. İndiki vəziyyətdə Azərbaycan şərtlərini nəzərə almaqla, mən məhz reytinqölçən qurumların göstəricilərinə daha çox önəm verərdim.
Hərçənd, burada da ölkədə sərbəst bazarın nə dərəcədə formalaşması, inhisarçılığın səviyyəsi diqqətə alınmalıdır”.
Z.Məmmədli vurğulayıb ki, teleşirkətlərlə reytinq agentlikləri arasında vaxtaşırı mübahisələr qopur, onların evləri düzgün seçib-seçməməsi dartışma mövzusuna çevrilir:
“Bunu unutmayaq. Ancaq əvvəl-axır reytinqlərlə barışmaq və reklam vaxtını satmaq üçün məhz mövcud reytinqölçmə sistemlərindən yararlanmaq lazım gəlir.Yutubdakı durumunu ayrıca incələmək lazımdır. Bu, mənim bilgi və təcrübəmi aşır”.