Müğənni Elnarə Xəlilova hərbçi həyat yoldaşı Dövlət Sərhəd Xidmətinin mayoru Rövşən Cahangirovun şəhidlərin vida mərasimində jurnalistlərə hücum çəkməsi ilə bağlı məsələyə reaksiya verib.
"Sherg.az" xəbər verir ki, həyat yoldaşı ilə paylaşdığı fotoya rəy bildirən izləyicisinə cavab verib. "Müəllim jurnalisti niyə vurub?" suallarını müğənni belə cavablandırıb:
"Heç kəs vurulmayıb, fakt yoxdur. Sadəcə kameranın önünə keçmə faktı var. Şər atdıqlarına görə cəzalarını çəkəcəklər". "Baku TV" dən verilən açıqlamada, DSX mayorunun media orqanının
jurnalistinə yumruq atdığı iddia edilir.