Azərbaycanın şimal bölgəsinə qar yağdı - FOTO/VİDEO

Ötən gün axşam saatlarından başlayaraq ölkə ərazisində hava şəraiti kəskin dəyişib, bəzi dağlıq və dağətəyi rayonlara qar yağıb.
Oxu.Az-ın məlumata görə, Quba, Qusar və Xızı rayonlarının ərazisi də ağ örpəyə bürünüb. Eləcə də Lerik rayonunun bir sıra kəndlərinə də qar yağıb.
Hazırda soyuq hava şəraiti davam edir.
Quba və Qusar rayonlarından çəkilən görüntüləri təqdim edirik: