ANAMA minatəmizləmə ilə bağlı məlumat yaydı

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatlarına dair aylıq məlumat açıqlanıb.
Bu barədə Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb.
Belə ki, 2021-ci ilin dekabr ayının 1-dən 30-na qədər olan müddətdə Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 16 piyada əleyhinə mina, 92 tank əleyhinə mina, 555 partlamamış hərbi sursat aşkarlanıb. 
4 milyon 192 min kvadrat metr ərazi təmizlənib.