“Azəriqaz”: “Heç bir müraciət kənarda qalmayacaq”

“Respublika üzrə mexaniki sayğaclar üzrə müraciətlərin üçdəbir hissəsi artıq oxunub”.
Oxu.Az xəbər verir ki, bu barədə “Azəriqaz” İB-nin Bakı Regional Qazın Satışı Departamentinin rəisi Zamin Mehrəliyev məlumat verib.
O bildirib ki, abonentlər tərəfindən göndərilən fotolara da paralel olaraq nəzərdən keçirilir:
“Respublika üzrə artıq 144 min müraciət daxil olub. Müraciətlərin 35 minə qədəri artıq emal olunub. 144 min müraciət kifayət qədər böyük bir göstəricidir. Biz bütün müraciətləri dəyərləndirik. Heç bir müraciət kənarda qalmayacaq”.