Ayaz Mütəllibov nitq qabiliyyətini itirib

Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibov nitq qabiliyyətini itirib.
Modern.az-a daxil olan məlumata görə, uzun müddətdir səhhətində problem yaşayan siyasətçinin adından mətbuata verilən açıqlamalar köməkçisi tərəfindən hazırlanır.
Bildirilir ki, 84 yaşlı A.Mütəllibov dəfələrlə edilən zənglərə belə, cavab vermək iqtidarında deyil.