ANAMA daha 30 minaaxtaran it alacaq - FOTO


ANAMA-ya 2023-cü ilədək 30 minaaxtaran itin təhvil verilməsi nəzərdə tutulub.

Bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib.

Onun sözlərinə görə, bunlardan 20 minaaxtaran it artıq agentliyə göndərilib:

“Xüsusi təlim keçən itlərin 12-si ANAMA-nın maliyyəsi, 18-i isə fərdi donorların ianəsi hesabına alınıb. Növbəti illərdə mövcud olan əməkdaşlığın davam etdirilməsi və yeni itlərin gətirilməsi gözlənilir”.

Sədr həmçinin xatırladıb ki, ötən il minatəmizləmə əməliyyatına cəlb edilən xüsusi təlim keçmiş itlərin sayında əlavələr olub.