Əli Əsədov və Fuad Oktay telefonla danışıblar

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Türkiyə Cümhuriyyətinin vitse-prezidenti Fuad Oktayla telefonla danışıb. 
Bu barədə Nazirlər Kabineti məlumat yayıb.
Bildirilib ki, söhbət zamanı Azərbaycan-Türkiyə hökumətlərarası komissiyanın fəaliyyətinə dair məsələlər, iqtisadi əlaqələrin indiki vəziyyəti və gələcək planlar haqda fikir mübadiləsi aparılıb.