Bakıda polis ehtiyatsızlıqdan açdığı atəş nəticəsində öldü

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Mühafizə üzrə Mühafizə Şöbəsinin əməkdaşı, polis kiçik serjantı Yasin İnqilabzadə xidmət zamanı ona təhkim olunmuş silahla ehtiyatsız davranması nəticəsində atəş açılıb. 
Oxu.Az-ın əldə ediyi məlumata görə, atəş açılması nəticəsində Y.İnqilabzadə hadisə yerində dünyasını dəyişib. 
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Oxu.Az-a fakt təsdiqlənib. 
Faktla bağlı araşdırma aparılır.