Polisdən Bəhram Bağırzadənin yumoruna CAVAB:“...Teatral sənət adamıdır” 




Əməkdar artist Bəhram Bağırzadə “İnstagram” səhifəsində Daxili İşlər Nazirliyinin mütəmadi olaraq yayımladığı üzr videoları ilə bağlı təqlidi paylaşım edib. B.Bağırzadənin üzr videolarına ironik yanaşması sosial şəbəkələrdə gündəm olub.
“Sherg.az” xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev Feysbuk hesabında sözügedən videoya münasibət bildirib:
 “Əməkdar artist Bəhram Bağırzadə teatral sənət adamıdır, sənətkardır. Hansısa mövzuya onun yanaşması sənətlə əlaqəlidir. Mövzunun mahiyyətində olan sarkazm üzrxahlıq edən adamın vəziyyətini əks etdirir. Anlaşılandır, neqativ hallara meylli şəxslərin profilaktikasında çəkindirici xarakter daşıyır”.