Qalmaqal böyüyür! – Manaf Kamranı yalanladı: «ANS'i» « vurmaq» üçün deyir»


 
Müğənni Manaf Ağayev  bu günlərdə gündəmə gələn "Toylar kralı" verilişi ilə bağlı iddialara cavab verib.
M.Ağayev "Sherg.az"a açıqlamasında, "Toylar kralı"nda tacı şəxsi vəsaiti ilə almadığını diqqətə çatdırıb:

"Cibimdən özümə niyə özümə nəsə alıram. "ANS" ad hədiyyə etmişdi. Orda dostum var idi. Tac verib-verməyəcəklərini soruşdu. Sonra da dostum gedib tac düzəltdirdi. Gətirib verdi ki, təqdim etsinlər. Kamran Həsənli «ANS'i «vurmaq» üçün tacın mənim aldığımı vurğulayır".

Müğənni sözlərini belə tamamlayıb:

"K.Həsənli oxumayacağımı dedi. Niyəsini soruşanda "Sən kralsan, əyləşib tac mərasimini gözləyəcəksən, o da tar-kamanda ifa edəcək"  deyə cavab verdi. Mənə görə artıq fərqi yox idi, qalib gəlmişdim. Materialı kəsiblər başqa cür veriblər. Guya, Qismət daha yaxşı oxuyurmuş. Böyrünü-başını kəsib tirajlayırlar".
 
Ötənlərdə 'AStar" "Youtube" kanalında qonaq olan jurnalist, teleaparıcı Kamran Həsənli, müğənni Manaf Ağayevin başına qoyduğu qızıl tacı öz cibindən düzəldirdiyini qeyd edib.