Nəhəng asteroid Yerə yaxınlaşır

Bir qitəni yox edəcək böyüklükdədir!

   İsrailin Veeizmann Elmi-tədqiqat İnstitutunun təhsil qolu olan Davidson Elmi-Tədqiqat İnstitutunun araşdırmasına görə, ölçüsü 140 metrdən böyük bir asteroid Yer planeti ilə toqquşarsa, ilk atom bombasının təsirindən yaranan enerjidən ən az 1000 dəfə artıq enerjinin ortaya çıxmasına səbəb olacaq. “Şərq” “Milliyet.com”a istinadən xəbər verir ki, NASA-nın asteroid müşahidəçisi hazırda 400 metrdən böyük ölçüdə asteroidin dünyaya doğru irəlilədiyini bildirib. Amma NASA dünya əhalisinin həm də sakitləşdirir: “qorxmayın, Yer planetindən yan keçəcək”. Planetimizə doğru istiqamətlənmiş asteroid 455176 (1999 VF22) rəqəmləri ilə nömrələnib

Asteroidin təxmini ölçüləri 190-la 430 metr arasındadır. Lakin hətta ən kiçik asteroidin də Yer planeti üçün böyük təhlükə daşıdığı məlumdur. Alimlər bildirir ki, ölçüləri 300 metrdən böyük olan asteroidlər böyük bir qitəni məhv etmək gücündədir. 1908-ci ildə Tunquska bölgəsində (Sibir) yerə düşmüş asteroidin böyüklüyü 190 metr genişliyində imiş. Bu, indiyədək dünyada meydana gəlmiş ən böyük partlayış hesab olunur. 

NASA-nın açıqlamasında qeyd edilir ki, planetə yaxınlaşmaqda olan asteroid dünyamızdan 5,36 milyon kilometr aralı məsafədə keçəcək və Yer planetinə toxunmayacaq (Planetimizə toxunan əllər varkən, asteroidin bizlərə rəhmi gəlir M.R.). Ağlasığmaz məsafədə ötüb keçəcək asteroidi görmək mümkündürmü? Alimlər bildirir ki, xüsusi teleskopla mümkündür. Alimlər bəşəriyyəti baş verə biləcək hər hansı fəlakətə hazırlıqlı olmağa çağrır. Asteroid o qədər sakit irəliləyir ki, sanki hərəkətsizdir. Əslində hərəkətdədir.  

Qeyd edilir ki, göy cisimlərinin planetlə toqquşması nəticəsində yaşanacaq dəhşətli fəlakətlər dəfələrlə Hollivud filmlərinə senari olub. 2019-cu ildə bir asteroid Yer planetinə 70 min kilometrə qədər yaxınlaşmışdı. Asteroid planetə yaxınlaşmasına 24 saat qalmış fərq edilmişdi. Dünyamızın bəxti gətirir ki, asteroidlərin sürəti getdikcə azalır və onlar Yer planetinə yaxınlaşan zaman (bu “yaxınlaşma” da milyon kilometrlərlə ölçülür) sürətləri xeyli yavaşıyır. 

Məlahət