Qışda sağlam dərinin sirri... - Dermatoloq açıqladı

Qış aylarında soyuq hava, aşağı rütubət və istilik sistemləri dərinin təbii nəmini azaldaraq quruluğa səbəb ola bilər.

Medicina.az biıdirir ki, türkiyəli mütəxəssis dermatoloq Ali İhsan Güleç bununla bağlı önəmli açıqlamalar verib.

"Qış aylarında dərinizin nəm tarazlığını qorumaq üçün mütəmadi olaraq uyğun nəmləndiricilərdən istifadə edin.

Bir çox insan günəş kremini yalnız yayla əlaqələndirirlər. UV şüaları qış aylarında da dərinizə təsir edir. Günəş kremi sürməyi unutmayın".

Ekspert Dr. Güleç sağlam qidalanmanın dəri sağlamlığı üçün əhəmiyyətini vurğulayıb:

"Bol su içmək və vitaminlərlə zəngin qidalar yemək dərini içəridən qidalandırır. Bu yolla dəri quruluğunun qarşısını ala bilərsiniz".

Dr. Güleç əlavə edib:

"Çölə çıxarkən üzünüzü qoruyacaq aksesuarlardan istifadə edin. Soyuq və küləyə qarşı da tədbir alınmalıdır".

Nəmləndirici seçərkən nələrə diqqət etməli?

Dərinizin ehtiyaclarına uyğun nəmləndirici istifadə etmək qış aylarında sağlam dəri üçün vacib addımlardan biridir. Düzgün nəmləndirici seçərkən dəri tipinizi nəzərə alaraq nəmləndiricinin tərkib hissələrini diqqətlə araşdırmaq tövsiyə olunur.