Tramp bu dövlət qulluqçularını məcburi məzuniyyətə göndərir

Hakimiyyətə gələr-gəlməz qalmaqallı fərmanları ilə beynəlxalq gündəmi zəbt edən Ağ Ev rəhbəri Donald Tramp daha bir səs-küylü qərar qəbul edib.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, Tramp imzaladığı müvafiq fərmanla federal hökumət qurumlarında olan fərqlilik, bərabərlik və inklüzivlik şöbələrinin bütün işçilərini ödənişli əsaslarda məzuniyyətə göndərib.

Məlumata görə, bu barədə Birləşmiş Ştatların federal qurumlarının rəhbərlərinə və rəhbər vəzifələrini icra edən şəxslərə göndərilmiş memorandumda deyilir.

“Biz bütün federal qurumlarda olan DEİ (fərqlilik, bərabərlik və inklüzivlik) üzrə şöbələrin bağlanması və DEİ (əməkdaşları) ilə bağlanmış müqavilələrə xitam verilməsi istiqamətində ölçülər qəbul edirik. Bu proqramlar amerikalıları irqi mənsubiyyətlərinə görə ayırırdı və beləcə vergi ödəyicilərinin dollarları boşuna havaya uçurulurdu və əslində rüsvayçı ayrıseçkiliyə xidmət edirdi”, - qurum rəhbərlərinə göndərilmiş məktubda deyilir.