Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ dövlət katibi Marko Rubio ilə telefon danışığı aparıb.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə XİN məlumat yayıb.
Qeyd olunub ki, tərəflər iki ölkə arasında müttəfiq olaraq qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlığın davam etdirilməsi əzmindədirlər.