Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində itlə amansız rəftar edən iki nəfər müəyyən olunub.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı Oxu.Az-a açıqlamasında bildirib ki, onlardan biri yeniyetmədir.
Qeyd edək ki, həmin şəxslər barəsində Ağcabədi RPŞ-nin Təhqiqat Bölməsində müvafiq araşdırmalara başlanılıb.
Araşdırmaların nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.
10:18
Ağcabədi rayonunda itə şiddət göstərilib.
Bu barədə sosial şəbəkələrdə video yayılıb. Belə ki, itin boynuna ip bağlanaraq, gölməçədə işgəncə verilib.
Məsələ barədə Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, yayılmış videogörüntü ilə əlaqədar Ağcabədi Rayon Polis Şöbəsində müvafiq araşdırmalar aparılır:
“Araşdırmaların nəticəsindən asılı olaraq, məsələyə hüquqi qiymət veriləcək”.