Cəlilabadda avtomobil körpüdən çaya düşüb

Cəlilabadda avtomobil körpüdən çaya düşüb, xəsarət alanlar var.
"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Cəlilabad Müalicə Diaqnostika Mərkəzinin yaxınlığında qeydə alınıb.
İlkin məlumata görə, minik avtomobilinin çaya düşməsi nəticəsində bir neçə nəfər xəsarət alıb.
Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda yaralıların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.