17 milyardda bir ehtimal: 4 qızını eyni gündə dünyaya gətirib, amma...

ABŞ-də yaşayan Kristen Lammert adlı ana 17 milyardda bir baş verən təsadüfü izah edib. Lammert dörd qızının da eyni gündə doğulduğunu, lakin onların dördəm olmadıqlarını deyib. Müxtəlif yaşlarda olan dörd qızın hamısı təsadüfən avqustun 25-də dünyaya gəlib.

Sherg.az xəbər verir ki, ABŞ-nin Cənubi Karolina ştatında yaşayan 35 yaşlı Kristen və 36 yaşlı Nik Lammertin 4 övladı var.

Müxtəlif yaşlarda olan qızları maraqlı edən onların hamısının eyni tarixdə, planlaşdırılmamış doğulmasıdır. 


Cütlüyün doqquz, altı, üç və iki aylıq qızları avqustun 25-də dünyaya gəlib. Üstəlik, onların hamısı normal doğulanlardır.

Kristen və Nik 2009-cu ildə görüşdükdən sonra 2014-cü ildə evləniblər. Böyük ailə həyatı qurmağı planlaşdıran cütlüyün ilk övladı 2015-ci il avqustun 25-də dünyaya gəlib. İki il sonra Kristen və Nik ikinci uşaq dünyaya gətirməyə qərar veriblər.

2017-ci ilin dekabr ayının əvvəlində hamilə qalan Kristen avqustun sonunda doğum edəcəyini bilsə də, ilk qızının doğum gününə təsadüf edəcəyini heç gözləməyib. "İki qızımızın eyni ad günü olması böyük təsadüf idi. İnana bilmədik", - ana deyib.

Kristen üçüncü qızlarının hamiləliyini sentyabrın ortalarında gözləyirdi. Lakin xəstəliyi səbəbindən vaxtından əvvəl doğulub. Avqustun 23-də xəstəxanaya yerləşdirilən Kristen 36 saatlıq doğuşdan sonra avqustun 25-də üçüncü qızlarını dünyaya gətirib.

Həqiqətən də inana bilmədiklərini ifadə edən ana, "Eyni tarixdə üç qız dünyaya gətirən başqa heç kim tanımırdıq" deyə əlavə edib.

Bu il sonuncu uşağına hamilə qalan Kristen 35 həftəlik olarkən preeklampsi (hamiləlik zəhərlənməsi) keçirib. Körpə vaxtından əvvəl doğulub. Onun doğum tarixi də avqustun 25-nə təsadüf edib.

"Taleyin bunda mütləq rolu olub. Heç bir halda tale üç qızıma eyni ad günü, sonuncu qızım isə fərqli ad günü keçirməyə icazə verə bilməzdi", - Kristen deyib.

Bədəninin özünəməxsus üsulu olduğunu bildirən ana əlavə edib: "36 saat yavaş-yavaş doğum edirəm və sonra hər şey sürətlənir və uşaq dünyaya gəlir".

Ailə dörd qızı ilə xoşbəxt həyat sürür və hər il avqustun 25-də birgə ad gününü qeyd edir.