Livanın cənubunda İsrail bayrağı qaldırıldı

Livanda quru əməliyyatı başlayandan bəri ilk dəfə olaraq İsrail Müdafiə Qüvvələrinin (SAXAL - IDF) döyüşçüləri işğaldan azad edilmiş Maron a-Rasom kəndi üzərində İsrail bayrağını qaldırıb.

Bu barədə Oxu.Az "Voice of Israel" "Telegram" kanalına istinadən xəbər verir.

Məlumata görə, bayrağın qaldırıldığı kənddən İsrail kəndləri atəşə tutulurdu.

Bildirilib ki, kənd tam olaraq SAXAL-ın nəzarətinə keçib.