Rusiya sərhədçiləri Ermənistanı tərk edəcək

Rusiya sərhədçiləri 2025-ci il yanvarın 1-dən Ermənistanın İranla sərhədinin mühafizəsini dayandıracaq.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Ermənistanın Baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan özünün feysbuk səhifəsində məlumat verib.
Onun sözlərinə görə, Ermənistan-İran sərhədində yalnız Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) sərhədçiləri qalacaq.