Zaqatalada avtomobil velosipedçini vurub

Zaqatalada 6-cı sinif şagirdi olan velosipedçini avtomobil vurub.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında rayonun Muxax kəndində baş verib.

Belə ki, kənd sakini 2013-u il təvəllüdlü Murad Fəxrəddin oğlu Qurbanov velosipedlə hərəkətdə olarkən minik avtomobili tərəfindən vurulub.

Hadisə zamanı müxtəlif dərəcəl bədən xəsarətləri alan M. Qurbanov Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Cərrahiyyə korpusuna yerləşdirilib.

Hazırda məktəblinin müayinələri aparılır.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.