Tələbələrdən pul almaq üçün onları imtahandan kütləvi şəkildə kəsməsi ilə ittiham olunan, Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin müəllimi, kafedra müdiri Sədaqət Əhmədovanın əmək müqaviləsinə xitam verilib.
Qeyd edək ki, bir neçə gün əvvəl Oxu.Az-ın redaksiyasına müraciət edən BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin tələbələri deyiblər ki, kafedra müəllimi Sədaqət Əhmədova pul almaq üçün onları kütləvi şəkildə imtahandan kəsib. Tələbələr redaksiyaya müəllimin səs yazısını göndəriblər.
Şübhəsiz ki, bu hal sosial şəbəkələrdə, media və ictimaiyyətdə ciddi müzakirə mövzusuna çevrilib. Müəllimin işdən çıxarılmasının yüngül cəza olduğunu bildirirlər. İddia edirlər ki, ona həbs cəzası kəsilməli idi.
Məsələyə münasibət bildirən hüquqşünas İradə Cavadova " Sherg.az" bildirib ki, adətən üniversitetlərdə belə hal baş verdik də ilk növbədə muvafiq maddəyə əsasən işdən azad olunma baş verir:
"İşdən azad olunmadan sonra materiallar prokurorluğa təqdim olunur. Prokurorluq əgər korrupsiya və yaxud rüşvətxorluq halının olub-olmamasını müəyyən edərsə, cinayət işi açılır.cinayət faktı olduqda birinci mərhələdə təbii ki, həbs tədbiri görülmür. Məsələ təsdiqini tapdıqda prokurorluq müvafiq maddə ilə iş qaldıraraq məhkəməyə sövq edir. Məhkəmədə isə ittiham üzrə işə baxılaraq müvafiq cəza tədbirləri görülür."