Bayden: İsrail və “Hizbullah” Livanda atəşkəs barədə razılığa gəlib

İsrail və "Hizbullah" Livanda atəşkəs sazişinin qüvvəyə minməsi ilə bağlı razılığa gəlib.

Sherg.az APA-ya istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden təsdiqləyib.

"Mən indicə İsrailin və Livanın baş nazirləri ilə danışdım. Mən məmnuniyyətlə bildirmək istəyirəm ki, onların hökumətləri ABŞ-ın İsrail və “Hizbullah” arasında dağıdıcı münaqişəyə son qoymaq təklifini qəbul edib", - deyə Bayden Ağ Evin bağçasında çıxışı zamanı deyib.

Bayden qeyd edib ki, İsrail və “Hizbullah” arasındakı saziş Livan ordusunun 60 gün ərzində öz ərazisi üzərində nəzarəti bərpa etməsini nəzərdə tutur.