Müğənni Xatirə İslam bir neçə gün əvvəl Sabirabad da özünü yandırarması nəticəsində dünyasını dəyişən qazi Elvin Cəfərovla bağlı paylaşım edib.
"Sherg.az"ın məlumatına görə, ifaçı İnstaqram səhifəsində mərhum qazinin sosial şəbəkələrdə yayılan son videosunu izləyiciləri ilə bölüşüb. Həmçinin hadisəyə öz münasibətini bildirib.
"Can, Allah sənə rəhmət etsin, qardaş. Mənim təyyarə biletlərinin qiyməti ilə bağlı dediyim sözü daha çox paylaşdılar, nəinki vətən uğrunda canından keçən səni. Biz beləyik də. Aramızda şou-biznesə meyilli insanlar daha çoxdur. Allah bu dünyaya kömək olsun. Biz belə hara gedirik? Olan sənə, ailənə, balalarına oldu. Yenə də hər şey unudulacaq. Heyif, bu oğullardan, çox heyif"-, deyə sənətçi vurğulayıb.
Xatırladaq ki, müğənni Xatirə İslam təyyarədəki uşaq səslərindən gileylənmişdi. O bileti almaq üçün bahalı avtomobil qiyməti ödədiyini, amma uşaqların ağlama səsləri içində getdiyini bildirmişdi.