Balıq tutarkən boğulan şəhid oğlu ilə qazinin meyitləri TAPILDI - YENİLƏNİB + VİDEO


Lökbatanda balıq tutarkən boğulan digər şəxsin meyiti də tapılıb. 

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. 

Qeyd olunur ki, iyulun 28-də axşam saatlarında Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində dəniz sahilində balıq tutarkən ehtiyatsızlıqdan suya düşərək batdığı bildirilən ikinci şəxsin – Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbə sakini 1971-ci il təvəllüdlü Zöhrabov Sübhan Yədulla oğlunun meyiti batdığı yerdən təqribən 20 km aralıda aşkar edilib.

FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu meyiti dənizdən çıxararaq aidiyyəti üzrə təhvil verib.





Qeyd edək ki, balıq tutarkən ehtiyatsızlıqdan suya düşərək batdığı bildirilən hər iki şəxsin axtarışında FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin 13 nəfər şəxsi heyəti və üç ədəd texnikası iştirak edib.