Papa Fransisk səhhətində yaranan problemlərə görə bir gün istefa verməyə hazır olduğunu açıqlayıb.
Katolik kilsəsinin 85 yaşlı rəhbərinin sözlərinə görə, o, son vaxtlar yeriməkdə çətinlik çəkir. Bu səbəbdən Roma Papası fiziki vəziyyəti kilsəni idarə etməyə imkan vermədiyi təqdirdə istefa vermə ehtimalını etiraf edib.
“Əvvəlki ritmlə səyahət etməyə davam edə biləcəyimi düşünmürəm”, - deyə Kanadaya bir həftəlik səfərdən qayıdan pontifik əlavə edib.
Qeyd edək ki, Roma Papası Fransisk bağların qırılması və iltihabı nəticəsində yaranan bel ağrıları səbəbindən son aylarda bir neçə dəfə əlil arabası və əsadan istifadə edib.