Emin Əmrullayev vəzifəsini itirir? - AÇIQLAMA

Elm və Təhsil Nazirliyi sosial şəbəkələrdə nazir Emin Əmrullayevin vəzifəsini itirəcəyi barədə yayılan iddialara münasibət bildirib.
Nazirlikdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin elm və təhsilin qarşılıqlı əlaqəsinin möhkəmləndirilməsi və bu sahələrdə idarəetmənin təkmilləşdirilməsi məqsədilə imzaladığı Fərmanla Təhsil Nazirliyinin adı Elm və təhsil Nazirliyi olaraq adlandırılıb:
“Eləcə də, elm sahəsində dövlət siyasəti və tənzimlənməsi, elmi müəssisə və təşkilatların elmi fəaliyyətinin əlaqələndirilməsi və istiqamətləndirilməsi ilə bağlı səlahiyyətlər nazirliyə həvalə edilib. Buradan da aydın göründüyü kimi, Elm və Təhsil Nazirliyinin yenidən təşkili, elm və təhsil naziri vəzifəsinə yeni təyinatdan söhbət getmir. Emin Əmrullayev elm və təhsil naziri kimi öz vəzifəsini icra edir”.