Evdə edə biləcəyiniz bir neçə sadə üsulla ağcaqanadlarla mübarizə apara bilərsiniz.
"Sherg.az" həmin metodları təqdim edir.
Milçəklər xüsusilə mentol və müxtəlif bitki qoxularını sevmirlər. Bunlara ən çox lavanda, evkalipt, mixək və portağal qabığı qoxuları daxildir. Bu qoxuları gün ərzində evinizə səpərək ağcaqanadları dəf edə bilərsiniz.
Yarım doğranmış limon, bir neçə mixək köməyi ilə ağcaqanad və ev milçəklərini süfrənizdən uzaq tuta bilərsiniz.
Bədəninizə milçəklərin xoşunagəlməyən qoxulardan ibarət olan yağları sürtməklə sizə yaxınlaşmasının qarşısını almağınız mümkündür. Xüsusilə, çay ağacı yağı, limon yağı, evkalipt yağının kəskin qoxusu sayəsində ağcaqanadları birbaşa zərərsizləşir. Ağcaqanadları sizdən uzaq tutmaq üçün nəbz hissənizə bir neçə damcı yağ sürmək kifayətdir.