Bakı küçəsində mahnı oxudu, Türkiyədə məşhurlaşdı - FOTOLAR

Bakının mərkəzi küçələrinin birində mahnı oxuyan gəncləri türkiyəli məşhurlar da paylaşıb.


"Sherg.az" xəbər verir ki, sosial şəbəkədə birdən-birdən məşhurlaşan gəncləri türkiyəli komediya aktyoru Cem Yılmazdan sonra aktrisa Demet Özdemir və İlayda Alişan öz şəxsi instagram (story) bölməsində paylaşıb.

Qeyd edək ki, gənclər "Bilir o beni" türk musiqisini oxuduqları görüntüləri Tik-Tok platformasında paylaşdıqdan sonra xeyli baxış toplamağı bacarıblar.