Müğənnidən şəhid ailələri və qazilərlə bağlı ibrətamiz addım:"...Öz üzərimə götürürəm" - FOTO

Müğənni Nüşabə Musayeva sosial şəbəkədəki paylaşımı ilə diqqət çəkib.
"Sherg.az" ifaçının İnstaqram hesabındakı statusuna əsasən xəbər verir ki, o qazi və şəhid ailələrinin övladlarının sünnətini gerçəkləşdirməyi öz öhdəliyinə götürüb:
"Qazi və şəhid övladlarının sünnətini etmək istəyənlər mənə müraciət ünvanlasınlar. Bu gözəl işi də Allah xatirinə öz üzərimə götürürəm. Müraciətinizi +994(50)660-80-80 nömrəsinin "WhatsApp"ına göndərə bilərsiz"-, deyə müğənni paylaşımında qeyd edib.