Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Şirvanda ölən qadınla bağlı açıqlama verib.
TƏBİB-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, 2001-ci il təvəllüdlü vətəndaş sentyabrın 5-də Şirvan Rayon Müalicə Diaqnostika Mərkəzində öd daşı xəstəliyi diaqnozu ilə xolesistektomiya əməliyyatı olunub:
“İki saata yaxın baş tutan əməliyyat sonrası vətəndaşın vəziyyəti stabil olub. Daha sonra 15:00 radələrində vətəndaşın səhhəti qəfil pisləşdiyindən reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, o dünyasını dəyişib. Ölüm səbəbi aidiyyəti qurumlar tərəfindən araşdırılır”.
11:02
Şirvanda gənc qadın vəfat edib.
Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Bildirilib ki, Zivər Mirzəyeva qəfil dünyasını dəyişib.
Qeyd edək ki, o, bir müddət əvvəl ana olubmuş.